Tarix:09/10/15
Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bu barədə “Elektron hökumət" bülleteni üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən növbəti brifinqdə məlumat verib.
“Elektron hökumət” portalına inteqrasiya ilə bağlı aparılan işlərdən də danışan R.Gülməmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında sərəncamı bu sahədə yeni mərhələ açıb və bununla bağlı Tədbirlər Planının “Seçki prosesində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi” bəndi üzrə bir sıra genişmiqyaslı tədbirlər də həyata keçirilib.
MSK tərəfindən seçicilərə göstərilən xidmətlərin elektron versiyası yaradılıb və MSK-nın internet səhifəsinə, “Elektron hökumət” portalına inteqrasiya olunub. Bu xidmətlərə “Ad, soyad və ata adına görə seçki dairələrinin və məntəqələrinin axtarışı”; “Seçki dairələrinin və məntəqələrinin ünvanlarının axtarışı”; “Seçki dairələrinin və məntəqələrinin elektron xəritə üzərində axtarışı”; “Onlayn müraciət”; “Seçici siyahısı üçün məlumatların göndərilməsi”; “Seçici ünvanına görə seçki dairələrinin və məntəqələrinin axtarışı”; “MSK-da keçirilən tədbirlərin internet üzərindən canlı izlənilməsi”; “Veb-kamera quraşdırılmış seçki məntəqələrində seçki proseslərinin canlı müşahidə edilməsi”; “Seçki günü seçicilərin fəallığı barədə məlumatların operativ şəkildə onlayn təqdim olunması”; “Seçkilərin ilkin nəticələri barədə məlumatların operativ şəkildə onlayn təqdim olunması” daxildir:
“Bundan başqa, eyni zamanda hazırda MSK-nın internet səhifəsi (www.msk.gov.az, www.cec.gov.az və www.infocenter.gov.az) yeni dizayn və məzmunda fəaliyyət göstərir. Bu gün MSK-nın portala inteqrasiya olunan 10 elektron xidmətindən 7-si daim fəaliyyət göstərir, 3-ü isə yalnız seçki günü ilə əlaqəli olduğuna görə onlar seçki günündə aktivləşdirilir”.
Mərkəz rəhbəri xidmətlərə müraciətlərlə bağlı statistikanı da diqqətə çatdırıb:
“Elektron xidmətlərdən, həm də qeyd etdiyim saytlar vasitəsi ilə edilən müraciətlərə gəlincə, MSK-nın veb səhifələrinə bu il ərzində 95 min İP ünvandan 1 milyon 69 mindən yuxarı baxış olub. Seçki prosesində ən mühüm sənədlərdən biri də seçici siyahılarıdır. Seçici siyahılarına 14 min İP ünvandan 74 442 baxış olub və s.”.
Həqiqət İSABALAYEVA
Rüfət Gülməmmədov: “Ümid edirik ki, Mərkəzi Seçki Komissiyasının lokal şəbəkəsi bu seçkidən də böyük uğurla sınaqdan çıxacaq”
Bu gün Azərbaycanda informasiya-kommunikasiya infrastrukturu, optik kabel üzərindən xidmətlərdən istifadə genişlənir. İnfrastruktur və texnika baxımından problem yoxdur. Mərkəzi Seçki Komissiyasının yeni optik xətt üzərindən lokal şəbəkəsi fəaliyyət göstərir və özünü artıq 2 seçkidə uğurla sınaqdan çıxarıb. Ümid edərik ki, bu seçkidən də böyük uğurla sınaqdan çıxacaq.Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bu barədə “Elektron hökumət" bülleteni üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən növbəti brifinqdə məlumat verib.
“Elektron hökumət” portalına inteqrasiya ilə bağlı aparılan işlərdən də danışan R.Gülməmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında sərəncamı bu sahədə yeni mərhələ açıb və bununla bağlı Tədbirlər Planının “Seçki prosesində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi” bəndi üzrə bir sıra genişmiqyaslı tədbirlər də həyata keçirilib.
MSK tərəfindən seçicilərə göstərilən xidmətlərin elektron versiyası yaradılıb və MSK-nın internet səhifəsinə, “Elektron hökumət” portalına inteqrasiya olunub. Bu xidmətlərə “Ad, soyad və ata adına görə seçki dairələrinin və məntəqələrinin axtarışı”; “Seçki dairələrinin və məntəqələrinin ünvanlarının axtarışı”; “Seçki dairələrinin və məntəqələrinin elektron xəritə üzərində axtarışı”; “Onlayn müraciət”; “Seçici siyahısı üçün məlumatların göndərilməsi”; “Seçici ünvanına görə seçki dairələrinin və məntəqələrinin axtarışı”; “MSK-da keçirilən tədbirlərin internet üzərindən canlı izlənilməsi”; “Veb-kamera quraşdırılmış seçki məntəqələrində seçki proseslərinin canlı müşahidə edilməsi”; “Seçki günü seçicilərin fəallığı barədə məlumatların operativ şəkildə onlayn təqdim olunması”; “Seçkilərin ilkin nəticələri barədə məlumatların operativ şəkildə onlayn təqdim olunması” daxildir:
“Bundan başqa, eyni zamanda hazırda MSK-nın internet səhifəsi (www.msk.gov.az, www.cec.gov.az və www.infocenter.gov.az) yeni dizayn və məzmunda fəaliyyət göstərir. Bu gün MSK-nın portala inteqrasiya olunan 10 elektron xidmətindən 7-si daim fəaliyyət göstərir, 3-ü isə yalnız seçki günü ilə əlaqəli olduğuna görə onlar seçki günündə aktivləşdirilir”.
Mərkəz rəhbəri xidmətlərə müraciətlərlə bağlı statistikanı da diqqətə çatdırıb:
“Elektron xidmətlərdən, həm də qeyd etdiyim saytlar vasitəsi ilə edilən müraciətlərə gəlincə, MSK-nın veb səhifələrinə bu il ərzində 95 min İP ünvandan 1 milyon 69 mindən yuxarı baxış olub. Seçki prosesində ən mühüm sənədlərdən biri də seçici siyahılarıdır. Seçici siyahılarına 14 min İP ünvandan 74 442 baxış olub və s.”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1005
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır