Tarix:09/10/15
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edərkən söyləyib. Görüşdə səfir Sanjay Rana etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirərək ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT istiqamətində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
SEYMUR
Elmar Məmmədyarov: “Azərbaycanla Hindistan arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var”
Azərbaycanla Hindistan arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var.“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edərkən söyləyib. Görüşdə səfir Sanjay Rana etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirərək ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT istiqamətində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
SEYMUR
Baxış sayı: 552
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır