12px13px15px17px
Tarix:10/10/15

Ötən ay “Elektron hökumət” portalı üzərindən aparılan rabitə və kommunal xidmət haqlarının sayı 20 mindən çox olub

Sentyabrda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən istifadə sayı 20 mini ötüb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin oktyabr buraxılışında əksini tapıb.
 
Ötən ay “Elektron hökumət” portalı vasitəsi ilə sözügedən xidmətdən 20141 dəfə istifadə olunub.
 
Bu elektron xidmət vasitəsi ilə stasionar telefon nömrəsini daxil etdikdən sonra rabitə və kommunal xidmətlər üzrə yaranmış borcları internet üzərindən ödəmək olur.
 
CAHANGİR



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024