12px13px15px17px
Tarix:12/10/15

Avropalıların yalnız 15 faizi mobil maliyyə xidmətlərindən istifadə edir

«Ovum» konsaltinq şirkətinin tədqiqatına əsasən, Avropa istehlakçılarının təxminən 15 faizi mobil maliyyə xidmətləri və məhsullarından istifadə etməkdə maraqlıdır.
 
 
Növbəti ildə avropalı respondentlərin yalnız 15 faizi smartfonların köməyi ilə mobil kredit, depozit, sığorta və ödəniş xidmətlərindən istifadəyə hazırlaşır.
 
 
 
Avropada smartfonlardan necə istifadə edirlər?
 
  • Respondentlərin 19 faizi endirim və ya kupon əldə etmək üçün mobil xidmətlərdən istifadə edir;
 
 
  • Rəyi soruşulanların 15 faizi tibb və təhsil xərclərini smarfonlar üzərindən ödəməyə hazırlaşır;
 
 
  • 17 faiz mobil xidmətin köməyi ilə nəqliyyat üçün bilet satın alacaq;
 
 
  • 18 faiz isə smartfonlardan onlayn və oflayn satınalmalar və restoranlarda hesabların ödənişi üçün istifadə edir.
 
 
Məsələn, İsveçdə əhalinin 30 faizi mobil maliyyə xidmətləri ilə maraqlanır. Mobil ödənişlərin geniş yayılmaması onun əlverişli və ya təhlükəsizliyi ilə deyil, əhalinin yeni xidmətlər haqda xəbərsiz olması ilə bağlıdır.
 
 
 
Rəyi soruşulanların təxminən 50 faizi ya mobil maliyyə xidmətlərinin mövcudluğundan xəbərsizdirlər, ya da indiyədək onlardan istifadə etmirlər.
 
 
 
Bankda hesaba malik istifadəçilərin təxminən 75 faizi bildirib ki, onlar mobil maliyyə xidmətlərindən istifadəyə maraq göstərmirlər.
 
 
 
Tədqiqat Böyük Britaniya, Danimarka, Finlandiya, Norveç, İsveç daxil olmaqla 17 ölkədə 8500 istehlakçının cavabı əsasında tərtib edilib.
 
 
Emil Hüseynov



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024