12px13px15px17px
Tarix:12/10/15

“Microsoft” Azərbaycan istifadəçilərinə “Skype”la pulsuz zənglər etmək imkanı verib

“Microsoft” korporasiyası “Office 365” bulud xidmətinin Azərbaycan istifadəçilərinə “Skype” vasitəsilə pulsuz beynəlxalq zənglər həyata keçirmək imkanı təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, pulsuz “Skype” zənglərindən faydalanmaq üçün “Office 365 Personal” və ya “Office 365 Home” paketlərinə abunə olmaq lazımdır. Abunə olmaqla hər bir abunəçi dünyanın 60-dan çox ölkə və regionuna əlavə ödəniş olmadan ayda 60 dəqiqəlik pulsuz zəng əldə edir. Artıq “Skype” hesabı olan istifadəçilər  bu səhifəsiyə “Microsoft” hesabı vasitəsilə daxil olub müvafiq linkdən faydalanaraq pulsuz beynəlxalq zəng dəqiqələrini aktivləşdirə bilərlər. Əgər sizin “Skype” hesabınız yoxdursa, o zaman qeydiyyatdan keçərək müvafiq link vasitəsilə beynəlxalq zənglər üçün təqdim olunan dəqiqələri aktivləşdirə bilərsiniz. Nəticədə “http://www.office.com/myaccount!” səhifəsində sözügedən əməliyyatın təsdiqi əks olunacaq. Daha sonra “Skype”da sadəcə nömrəni yığmaqla hər bir abunəçi asanlıqla dost və yaxınlarına zəng edə biləcək.
 
Qeyd edək ki, “Skype”da təqdim olunan pulsuz beynəlxalq zəng dəqiqələri xüsusi, təkmilləşdirilmiş və qeyri-coğrafi nömrələrə tətbiq edilmir. Onlar vasitəsilə fövqəladə zənglər etmək də mümkün deyil.
 
“Office 365 Personal” paketinə aylıq onlayn-abunənin qiyməti $5,99 (6,2 manat), “Office 365 Home” paketinə isə $7,99 (8,3 manat) təşkil edir. İllik abunə haqqı isə müvafiq olaraq $59,99 (62,9 manat) və $79,99-dır (83,9 manat). Əsas baza proqram məhsullarından sayılan və ənənəvi olaraq geniş populyarlıq qazanan “Office 365”-ə abunə olmaqla istifadəçilər ən yaxşı imkanlardan, “Office”in tam funksiyalar dəstindən, o cümlədən 1 Tb həcmə malik “OneDrive” bulud saxlancından yararlana bilərlər. “Office 365”-ə abunə əldə etməklə istifadəçilər “Office” tətbiqlərinin bütün funksiyalarından fərqli cihazlarda faydalanan 7,1 milyondan çox aktiv abunəçilər qrupuna üzv olurlar. 
 
 
 “Office 365 Personal” və “Office 365 Home” istifadəçiləri il ərzində beynəlxalq telefon zəngləri üçün öz hesablarına dəfələrlə çox miqdarda vəsait xərcləyən sadə “Skype” istifadəçiləri ilə müqayisədə əhəmiyyətli məbləğdə pula qənaət edirlər.
 
Aynur Vəliyeva



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024