12px13px15px17px
Tarix:12/10/15

Robotlar insanların hərəkətini proqnozlaşdıracaq

İllinoysk Universitetində çalışan tədqiqatçıların hazırladığı alqoritm sayəsində robotlar insanların hərəkətlərini öncədən proqnozlaşdıra biləcək.
 
 
Yeni proqram təminatı sayəsində robotlar insanların qarşıdakı dəqiqələrdə hansı hərəkəti edə biləcəyini proqnozlaşdıracaq: məsələn, insan tapançadan güllə atacaq və ya hadisə yerini tərk edəcək.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, tədqiqatçılar Castin Qorovis və Ceyms Patton bildirirlər ki, belə robotlar hüquq pozuntuları zamanı insanların məqsədinin (məsələn, terrorçunun növbəti addımını müəyyənləşdirmək) müəyyənləşdirilməsində istifadə olunacaq, həmçinin insanlara yollardakı vəziyyətə nəzarət etməkdə kömək edəcək.
 
 
"Təsəvvür edin ki, sinəsinə bomba bağlamış terrorçu insan kütləsinin üzərinə doğru qaçır, sözügedən texnologiya terrorçunun kimi hədəf aldığını müəyyənləşdirməyə imkan verəcək və insanlar xilas olacaq" -  Qorovis deyib.
 
 
Emil Hüseynov



Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024