Tarix:12/10/15
Bu barədə daşınmaz əmlak sahəsində iri "Prologis” investisiya şirkətinin tədqiqatında deyilir. Müştərilərinin arasında “Rakuten”, “Tesco” və “Amazon” şirkətlərinin olduğu şirkət on ölkənin məlumatlarını və son üç ildə Avropada aparılan 200 lizinq əməliyyatını təhlil edib.
Hesabata görə, elektron ticarətin hər əlavə 1 milyard avro məbləğində dövriyyəsi üçün sifarişlərin əlavə saxlanılması və emalına görə 77 min kvadratmetr ölçüdə yer lazım olacaq. Proqnozlara görə, Avropada elektron ticarət bazarının həcmi yaxın beş ildə 200 milyard avro artacaq. Beləliklə, yeni yerlərə tələbat minimum 15 milyon kvadratmetr təşkil edəcək.
Bildirilir ki, elektron ticarətin sürətli inkişafı ilə əlaqədar olaraq 200 min iş yeri yaradılacaq. Lakin “Prologis” şirkətinin qiymətləndirməsinə görə, şirkətlər lazımi peşə sahiblərinin axtarışı zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər. Proqnozlara görə, xüsusilə böyük şəhərlərdən kənarda fəaliyyət göstərən internet şirkətləri onların tələblərinə cavab verən yaxşı əməkdaşlar tapmaqda çətinlik çəkəcəklər.
Elektron ticarət sahəsində ən böyük artım Böyük Britaniya, Almaniya və Fransada gözlənilir. Niderland, Polşa və Çexiya kimi ölkələrdə artımın 5-10 faiz səviyyəsində olacağı gözlənilir, - "Payspacemagazine” yazır.
Avropada elektron ticarətin artması yeni iş yerlərinin yaradılmasını stimullaşdırır
Ekspertlər yaxın beş ildə Avropada elektron ticarətin sürətli artımını proqnozlaşdırır. Bununla əlaqədar qitə üzrə paylayıcı nəqliyyat mərkəzlərində sifarişlərin emalı üçün lazım olan 200 min əlavə iş yerinin açılacağı gözlənilir. Elektron kommersiyanın artımına görə regionda lider Böyük Britaniya, Almaniya və Fransa olacaq, lakin Polşa, Çexiya və Niderlandda da sürətli artım proqnozlaşdırılır.Bu barədə daşınmaz əmlak sahəsində iri "Prologis” investisiya şirkətinin tədqiqatında deyilir. Müştərilərinin arasında “Rakuten”, “Tesco” və “Amazon” şirkətlərinin olduğu şirkət on ölkənin məlumatlarını və son üç ildə Avropada aparılan 200 lizinq əməliyyatını təhlil edib.
Hesabata görə, elektron ticarətin hər əlavə 1 milyard avro məbləğində dövriyyəsi üçün sifarişlərin əlavə saxlanılması və emalına görə 77 min kvadratmetr ölçüdə yer lazım olacaq. Proqnozlara görə, Avropada elektron ticarət bazarının həcmi yaxın beş ildə 200 milyard avro artacaq. Beləliklə, yeni yerlərə tələbat minimum 15 milyon kvadratmetr təşkil edəcək.
Bildirilir ki, elektron ticarətin sürətli inkişafı ilə əlaqədar olaraq 200 min iş yeri yaradılacaq. Lakin “Prologis” şirkətinin qiymətləndirməsinə görə, şirkətlər lazımi peşə sahiblərinin axtarışı zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər. Proqnozlara görə, xüsusilə böyük şəhərlərdən kənarda fəaliyyət göstərən internet şirkətləri onların tələblərinə cavab verən yaxşı əməkdaşlar tapmaqda çətinlik çəkəcəklər.
Elektron ticarət sahəsində ən böyük artım Böyük Britaniya, Almaniya və Fransada gözlənilir. Niderland, Polşa və Çexiya kimi ölkələrdə artımın 5-10 faiz səviyyəsində olacağı gözlənilir, - "Payspacemagazine” yazır.
Baxış sayı: 550
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır