12px13px15px17px
Tarix:13/10/15

Azərbaycan “WTIS-2015” - beynəlxalq İKT statistikası məsələləri forumunda təmsil olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının rabitə və İKT sahəsində ümumdünya göstəricilər üzrə 13-cü Simpoziumu -  “WTIS-2015”-də təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, noyabrın 30-dan dekabrın 2-dək davam edəcək tədbirdə İKT üzrə beynəlxalq statistika məsələləri müzakirə olunacaq.
 
Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin iqtisadi təhlil şöbəsinin müdiri Heydər Rüstəmov təmsil edəcək.
 
“WTIS-2015” İKT sahəsində statistikaya dair diskussiyalar aparılacaq, o cümlədən İKT-nin innovasiyalar və sahibkarlıq sahələrinin inkişafında rolu müzakirə ediləcək.   
 
Simpoziumun digər sessiyaları İKT sektorunda böyük həcmli məlumatlar sahəsində inqilab, İKT-nin təsirinin ölçülməsində əldə olunan uğurlar, İKT göstəricilərinin monitorinqi sistemi və dayanıqlı inkişaf məqsədləri kimi aktual mövzulara həsr ediləcək.
 
Tədbirdə həmçinin ölkələrin informasiya cəmiyyətinin inkişaf dinamikasını izləməyə imkan verən və nəzarət göstəricilərini müəyyən edən ümumdünya aləti kimi İKT-nin İnkişaf İndeksi (IDI) təqdim ediləcək.
 
“WTIS-2015” Beynəlxalq Telekommunikasiya İttifaqının Rabitənin İnkişafı Bürosu tərəfindən Yaponiya hökuməti ilə birgə təşkil olunur. Tədbirdə İKT nazirləri, müxtəlif ölkələrin rabitə və İKT tənzimləyiciləri, beynəlxalq təşkilatların, özəl rabitə və  İKT şirkətlərinin  rəhbərləri və ekspertlər iştirak edəcək.
 
“WTIS-2015” beynəlxalq İKT statistikası məsələlərinin müzakirəsi üçün keçirilən əsas beynəlxalq forumdur.
 
 
Aynur Vəliyeva



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024