12px13px15px17px
Tarix:13/10/15

Bir ayda RYTN-in telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 66 mini keçib

Sentyabr ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ən çox istifadə olunan 6 elektron xidməti arasında ikinci yerdə “Telefon nömrəsi üzrə axtarış”  xidməti qərarlaşıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay portal istifadəçiləri telefon nömrəsi üzrə axtarış sisteminə 66807 dəfə müraciət edib.
 
 Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
 
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
 
CAHANGİR
 



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024