Tarix:13/10/15
Komitə sədri Kərəm Həsənov bu barədə ƏMDK-də keçirilən müşavirədə məlumat verib.
Sədrin sözlərinə görə, respublikanın 3,5 mln ha ərazisində inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb:
“Yaxın gələcəkdə kadastr xidmətləri elektron xidmətlər sırasına keçməklə məmur-vətəndaş ünsiyyəti minimuma enəcək. Vətəndaşların məkanla bağlı sənədləşdirmə işləri sadələşdiriləcək. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri icra olunur. 2016-cı ilin aprel ayında Gəncə və Şəki üzrə mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib”.
Komitədən qeyd olunub ki, müşavirədə daşınmaz əmlakın, o cümlədən torpaqların qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlar səsləndirilib. Qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqinin tam təmin olunması, vətəndaşların müraciətlərinin operativ həll edilməsi barədə tapşırıqlar verilib.
Tapşırılıb ki, torpaqların elektron uçotu sisteminin yaradılması ilə bağlı işlər sürətləndirilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi işinə nəzarət təmin olunmalıdır. Torpaq sahələrindən təyinatına zidd və əsassız istifadə, zəbtolunma hallarının qarşısı alınmalı, mühafizəsi və qorunması istiqamətində nəzarət tədbirləri gücləndirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində sosial amillərin təmin olunması diqqətdə saxlanılmalıdır və s.
Həqiqət İSABALAYEVA
Kərəm Həsənov: “Yaxın gələcəkdə kadastr xidmətləri elektron xidmətlər sırasına keçməklə məmur-vətəndaş ünsiyyəti minimuma enəcək”
Hazırda ölkənin bütün ərazisinin elektron kadastr xəritələrinin hazırlanması istiqamətində işlər aparılır. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.Komitə sədri Kərəm Həsənov bu barədə ƏMDK-də keçirilən müşavirədə məlumat verib.
Sədrin sözlərinə görə, respublikanın 3,5 mln ha ərazisində inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb:
“Yaxın gələcəkdə kadastr xidmətləri elektron xidmətlər sırasına keçməklə məmur-vətəndaş ünsiyyəti minimuma enəcək. Vətəndaşların məkanla bağlı sənədləşdirmə işləri sadələşdiriləcək. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri icra olunur. 2016-cı ilin aprel ayında Gəncə və Şəki üzrə mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib”.
Komitədən qeyd olunub ki, müşavirədə daşınmaz əmlakın, o cümlədən torpaqların qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlar səsləndirilib. Qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqinin tam təmin olunması, vətəndaşların müraciətlərinin operativ həll edilməsi barədə tapşırıqlar verilib.
Tapşırılıb ki, torpaqların elektron uçotu sisteminin yaradılması ilə bağlı işlər sürətləndirilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi işinə nəzarət təmin olunmalıdır. Torpaq sahələrindən təyinatına zidd və əsassız istifadə, zəbtolunma hallarının qarşısı alınmalı, mühafizəsi və qorunması istiqamətində nəzarət tədbirləri gücləndirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində sosial amillərin təmin olunması diqqətdə saxlanılmalıdır və s.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1262
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır