12px13px15px17px
Tarix:13/10/15

“3D Secure” sisteminə qoşulma prosedurları sadələşib

Beynəlxalq Bankın ödəniş kartlarına sahib olan müştərilərin “3D Secure”  texnologiyasından istifadə etməsi indi daha da asan oldu. Bank ödəniş kartlarının “3D Secure” sisteminə qoşulma prosedurlarını sadələşdirib. Bankdan bildirilib ki, “3D Secure” internetdə alış-veriş edən müştərilərin vəsaitlərini qorumaq üçün beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq olunan yüksək təhlükəsizlik texnologiyasıdır. 
 
Əvvəl “3D Secure” protokoluna qoşulmaqdan ötrü müştəri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından “3D” parollarının siyahısını çap edib, daha sonra “www.azericard.com” saytında qeydiyyatdan keçməli idi. Amma daha buna ehtiyac yoxdur.
 
İndi Bankın “SMS xəbərdarlıq” xidmətinə qoşulmuş bütün ödəniş kartları avtomatik olaraq “3D Secure” texnologiyasına da qoşulmuş sayılır. Beləliklə, “SMS xəbərdarlıq” xidmətinə qoşulan kart sahibi eyni zamanda iki imkan qazanır: həm kart hesabına daxil olan və çıxarılan vəsaitlər haqqında “SMS-xəbərdarlıq” alır, həm də İnternetdə alış-veriş zamanı hesabındakı vəsaitlərin maksimum təhlükəsizliyini təmin edir.
 
Bu xidmətə Beynəlxalq Bankın bütün bankomatları vasitəsilə qoşulmaq olar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024