12px13px15px17px
Tarix:14/10/15

“IBM” ərəb aviaşirkəti ilə 700 milyon dollarlıq İT sazişi imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin milli "Etihad Airways" aviaşirkəti və ABŞ-ın "IBM" şirkəti arasında 700 milyon dollar dəyərində İT saziş imzalanıb. Onillik müddətə imzalanan sazişin şərtlərinə görə, ABŞ şirkəti tərəfdaşa geniş texnoloji xidmətlər spektri təqdim edəcək və onun İT infrastrukturuna xidmətlər göstərəcək. Bu barədə şirkətlərin birgə bəyanatında deyilir.
 
Bildirilir ki, "IBM" müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə aviaşirkətin kompüter resurslarının "bulud" platformalarına köçürülməsi ilə məşğul olacaq. Bundan başqa, ABŞ istehsalçısı "Etihad Airways" aviaşirkətinə və onun tərəfdaşlarına qlobal texnoloji dəstək verəcək. Dəstək çərçivəsində  paytaxt Əbu-Dabidə şirkətin Yaxın Şərqdə ilk "bulud" məlumat emalı mərkəzinin inşası nəzərdə tutulur. Mərkəzin yaradılması və ona xidmətin göstərilməsi ilə "IBM" müstəqil məşğul olacaq.
 
"Etihad Airways"-in İT direktoru Robert Uebbin sözlərinə görə, "IBM" ilə əməkdaşlıq sayəsində aviaşirkət proqramların istismarı və dəstəklənməsi üçün təhlükəsiz və etibarlı platforma əldə edəcək.
 
"Etihad Airways" dünyanın ən sürətli inkişaf edən aviadaşıyıcılarından biridir. 2014-cü ildə aviaşirkətin xidmətlərindən 14,8 milyon nəfər yararlanıb, - "DailyComm" yazır.



Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024