12px13px15px17px
Tarix:14/10/15

“Microsoft” və “Yandex” əməkdaşlığa başlayıb

 "Microsoft" korporasiyası və Rusiyanın "Yandex" internet şirkəti arasında əməkdaşlıq sayəsində  "Windows 10" əməliyyat sistemi (ƏS) axtarış sisteminə  inteqrasiya edilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına görə, razılığa əsasən Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Türkiyə və bir sıra digər ölkələrdən olan "Yandex"  istifadəçilərinə "Windows 10" ƏS-nə asanlıqla keçid imkanı veriləcək.

Yenilənmədə "Windows 10" platformasında çalışan cihazlarda – "Microsoft Edge" və "Internet Explorer" tətbiqlərində axtarış sisteminin başlanğıc səhifəsinə keçid imkanı olacaq.
 
Şirkətlər arasındakı razılaşmaya əsasən, "Microsoft"  "Windows 10" cihazlarında istifadəçilərə vərdiş etdikləri brauzer və "Yandex" axtarış xidməti ilə işləmək imkanı təklif edəcək.
 
Xatırladaq ki, "Windows 10" əməliyyat sistemi "Windows 7" və "Windows 8"-in lisenziyalı versiyalarının bütün istifadəçilərinə yeni ƏS-nin təqdimatından etibarən bir il ərzində pulsuz şəkildə təqdim olunur.
 
Bundan əlavə "Yandex" sözügedən səhifədə "Windows 10" əməliyyat sisteminin rəsmi versiyasını yükləyib quraşdırmağı təklif edəcək.
 
"Windows 10" əməliyyat sistemi bütün dünya üzrə istifadəçilərə 29 iyul 2015-ci il tarixindən etibarən təqdim olunub.
 
Aynur Vəliyeva



Baxış sayı: 240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020