12px13px15px17px
Tarix:14/10/15

“Twitter” iş yerlərinin 8 faizini azaldacaq

“Twitter” şirkəti doqquzillik fəaliyyəti dövründə iş yerlərinin ilk böyük ixtisarını planlaşdırır.
 
Bildirilir ki, 4100 əməkdaşın 336 nəfərinin işdən azad edilməsi nəzərdə tutulur ki, bu da ümumi ştatın 8 faizinə bərabərdir. İxtisarların aparılması elan edildikdən sonra şirkətin səhmləri 5,4 faiz bahalaşıb. “Twitter” ixtisara düşənlərin hamısına yeni iş tapmaqda yardımçı olacaq. Bəzi məlumatlara görə, şirkət strukturun yenidən qurulmasına 5-15 milyon dollar xərcləyəcək.
 
İxtisarlar şirkətin effektivliyini artırmaq məqsədilə həyata keçiriləcək. “Biz əminik ki, iş az işçi ilə daha sürətli gedəcək”, - "Twitter”-in yeni rəhbəri Cek Dorsi bildirib.
 
2006-cı ildə təsis edilən “Twitter” şəbəkəsindən hazırda 35-dən çox dildə istifadə mümkündür. Aktiv istifadəçilərin sayı 316 milyona yaxındır, - “Qazeta yazır. 
 



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024