12px13px15px17px
Tarix:14/10/15

“Elektron universitet” modeli ilə müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq

UNEC-in rektoru, professor Ədalət Muradov yeni model və onun tətbiqi barədə məlumat verib. Bildirib ki, ilkin mərhələdə universitetin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Yeniliklə bağlı müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən yardım ediləcək. Noyabrın 1-dən etibarən isə əsas binada tədris prosesi yalnız yeni qaydalarla aparılacaq.
 
 
Daha sonra struktur rəhbərlərinə yeni modelin xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Bununla da kağız üzərində jurnal elektron jurnalla əvəz edilmiş olur. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya biləcək. Bu isə semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradacaq.
 
Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər. Universitetdən qeyd edilib ki, yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı müəllimin bütün mühazirələrinin onun kabinetində yerləşdirilməsi ilə bağlıdır.
 
Həmin mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara uyğun olaraq həyata keçiriləcək. Tədris metodiki planlar isə sillabuslara uyğunlaşdırılacaq. Bu yenilik tələbəyə öz işçi kabineti vasitəsi ilə müəllimin kabinetinə girərək mühazirədən yararlanmağa imkan verəcək.
 
 
Rektor Ə.Muradov “Elektron universitet” modelinin tədris prosesinə verəcəyi  faydalardan danışıb. Qeyd edib ki, yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi dərs materiallının ictimai müzakirəyə çıxmasına imkan yaradacaq.
“Elektron universitet” vasitəsi ilə müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq. Reytinq elmi-pedaqoji və şəxsi inkişaf fəaliyyətinə dair müəllimlərin  kabinetlərində yerləşdirdikləri məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək.
 
Ə.Muradov əlavə edib ki, “Elektron universitet” modeli gələn ildən etibarən bütün universitetdə tətbiq olunacaq. “Keyfiyyət ili” çərçivəsində reallaşdırılan model ölkəmizdə ilk dəfə UNEC-də tətbiq olunub.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024