12px13px15px17px
Tarix:15/10/15

“NASA” və İsrail arasında əməkdaşlığa dair saziş imzalanıb

ABŞ Kosmik Agentliyi (NASA) və İsrail Kosmik Agentliyi (Israel Space Agency - ISA) arasında əməkdaşlığa dair saziş imzalanıb.
 
Sənəd Yerusəlimdə keçirilən beynəlxalq astronavtika konqresi çərçivəsində "NASA" rəhbəri Çarlz Bolden və "ISA" direktoru Menahem Kedron tərəfindən imzalanıb.  
 
Ç.Boldenin sözlərinə görə, bu əməkdaşlıq "NASA" üçün agentlik əməkdaşlarının İsrailin bütün innovativ texnologiyalarından yararlanmaq imkanı yaratmasına görə böyük əhəmiyyət kəsb edir.  
 
"Ölkələrimiz təkcə təhlükəsizlik sahəsində deyil, həm də kosmik məkanın mənimsənilməsi, eləcə də digər elmi layihələrdə uzun müddətdir əməkdaşlıq edir. Biz İsrail ilə imzalanan saziş sayəsində yeni kəşfləri səbirsizliklə gözləyirik", - agentlik rəhbəri qeyd edib.
 
Öz növbəsində İsrail təmsilçiləri əmindirlər ki, İsrail Dövlətində hazırlanan texnologiyalardan Marsa planlaşdırılan uçuşlar zamanı istifadə ediləcək, - "Newsland"  yazır.
 



Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024