12px13px15px17px
Tarix:15/10/15

ALİCE təşkilatının rəhbərləri BDU-da

CERN Böyük Adron Kollayderində fəaliyyət göstərən ALİCE təşkilatının rəhbərlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərləri çərçivəsində Bakı Dövlət Universitetində olublar. Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, beynəlxalq birlik və assosiasiyalarda təmsilçiliyindən danışıb. Rektor BDU-nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupu ilə əməkdaşlıq etmək fikrini dəstəklədiyini bildirib. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, öz növbəsində, fakültə haqqında məlumat verib.

Görüşdə ALİCE tərəfindən təcrübənin sədri, professor Paolo Giubellino, şuranın sədri, professor Peter Braun-Münzinger, Ukrayna ALİCE qrupunun rəhbəri, professor Gennady Zinovyev və ALİCE təcrübəsində hesablamalar və məlumatların emalına rəhbərlik edən doktor Predrag Buncic iştirak ediblər. Qonaqlar BDU-nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupunda iştirakını dəstəkləyib və əməkdaşlığa görə rektora təşəkkür ediblər.

Görüş işini seminarla davam etdirib. Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov seminarı açaraq onun işinə uğurlar arzulayıb. Mərkəzin nüvə fizikası şöbəsinin müdiri və ALİCE qrupunun rəhbəri, doktor Anar Rütəmov və professorlar - P.Giubellino, P.Braun-Munzinger, doktor P.Buncic və digərlərinin çıxışları maraqla qarşılanıb.




Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024