12px13px15px17px
Tarix:15/10/15

“AICT-2015” çərçivəsində sessiyalar üzrə müzakirələr aparılır

Azərbaycanın Qafqaz Universiteti və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə keçirilən "AICT-2015"  İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfrans bu ilin 14-16 oktyabr tarixlərində Rusiyanın Rostov-Don şəhərində keçirilir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "AICT2015"  çərçivəsində böyük həcmli məlumatların optimallaşdırılması modellərı, akustik siqnallar əsasında seysmoloji proqnozların hazırlanması, "Hadoop"da yüksək həcmli problemlərin həlli üçün qenetik alqoritmlərin tətbiqi və bir sıra digər mövzularda 80 məruzə təqdim ediləcək.
Konfrans bu dəfə ABŞ-ın Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun  (IEEE), onun Azərbaycanda kompüter cəmiyyətinin sponsorluğu və "CeDAWI" – tətbiqi elmi-araşdırma mərkəzinin dəstəyi ilə baş tutub.
 
"AICT-2015"-in əsas məqsədi elmi tədqiqatların və eksperimentlərin nəticələrinin, İT sahəsində innovativ ideyaların nümayişi və müzakirəsi, təcrübə mübadiləsi  üçün platforma təqdim etməkdir. Konfrans, Azərbaycanla yanaşı, Avstraliya, Çin, Finlandiya, Gürcüstan, Almaniya , Hindistan və dünyanın 50-dən yuxarı ölkəsinin marağına səbəb olub.
 
Aynur Vəliyeva




Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024