Tarix:15/10/15
"Bakcell" şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün "Bakcell" abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir.
İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə "Bakcell" abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər.
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə üçün vacibdir?
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərin sayı da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasının Kateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə nail olunmasına imkan verir.
Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə malik olmaq deməkdir
1800 MHz tezlik diapazonunda (Band#3) işləyən Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri "Bakcell" şirkətinin ultra-sürətli "LTE-Advanced" mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına malik olurlar.
2015-ci ilin oktyabr ayından başlayaraq, "Apple", "Samsung", "HTC", "LG", "Huawei", "Sony" və digər məşhur istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən 80-dən çox cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır.
Müştəri təcrübəsi dəyişəcək
"Bakcell" şirkəti ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ kimi yanaşır. Bu gün "Bakcell" abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu da əsasən cihazlara və tətbiqetmələrin istifadəsinə olan tələbatla bağlıdır.
"Biz Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, "Bakcell" abunəçilərini maksimum keyfiyyət təcrübəsi ilə təmin edəcək.Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmunun yüklənməsində gecikmələrin azalması, mobil cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların hərəkətdə olarkən ümumi məhsuldarlığının artırılması vasitəsilə "Bakcell" LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə müddəti də azalacaq",- deyə "Bakcell" şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
"Bakcell" abunəçiləri adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən daha çox fayda əldə edə bilərlər:
İstifadəçilər "LTE Advanced" texnologiyasından necə faydalana bilərlər?
Ultra-sürətli mobil genişzolaqlı rabitəyə tələbat artmaqdadır. Kateqoriya 6 LTE şəbəkəsi istifadəçilərə yüksək keyfiyyətli 4K videolara baxmaq, canlı iştirakçısı olduqları idman fəaliyyətlərindən və konsertlərdən real vaxt rejimində HD keyfiyyətli videolara çəkdikləri qiymətli anları məşhur paylaşma portalları vasitəsilə bölüşmək, tibbi xidmətlər kimi böyük həcmdə məlumatları məsafədən analiz etmək qabiliyyətinə malik olan daha çox daşına bilən texnologiyalardan və getdikcə püxtələşdirilən gələcək nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək, bütün tətbiqetmələrin və cihazların "Əşyaların İnterneti"nə qoşulduğu və bizi əsl "ağıllı" evlər erasına gətirəcək imkanları yaradan yeni bir dünyanın qapılarını üzünə açaraq onların gündəlik həyatını dəyişəcək.
225 Mbit/s sürətin dəstəklənməsi üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddət ərzində Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək.
"Bakcell" öz abunəçilərinin rahatlığını təmin etmək üçün ən qabaqcıl texnologiyalara investisiyalar yatırmaqda davam edəcək. "4G" şəbəkəsi abunəçilərin cihazlarında batareyaların "2G" şəbəkələri ilə müqayisədə daha uzunömürlü olmasına, hətta əhatə dairəsinin ən zəif olduğu sahələrdə daha yüksək keyfiyyət və sürətlə işləməsinə imkan verir. Telefonda siqnal gücünün işarəsi hətta iki zolaq göstərəndə də 5-10 Mbit/s sürət almaq mümkündür. Artıq "Bakcell" "4G" şəbəkəsinin əhatə dairəsi Bakıda bəzi operatorların "3G" şəbəkəsindən daha genişdir.
"Bakcell" şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s-ə qədər sürəti dəstəkləyəcək
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s sürəti dəstəkləyəcək. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan "LTE-Advanced" tezlik daşıyıcılarının birləşməsi (CarrierAggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. "Bakcell" tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur."Bakcell" şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün "Bakcell" abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir.
İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə "Bakcell" abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər.
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə üçün vacibdir?
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərin sayı da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasının Kateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə nail olunmasına imkan verir.
Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə malik olmaq deməkdir
1800 MHz tezlik diapazonunda (Band#3) işləyən Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri "Bakcell" şirkətinin ultra-sürətli "LTE-Advanced" mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına malik olurlar.
2015-ci ilin oktyabr ayından başlayaraq, "Apple", "Samsung", "HTC", "LG", "Huawei", "Sony" və digər məşhur istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən 80-dən çox cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır.
Müştəri təcrübəsi dəyişəcək
"Bakcell" şirkəti ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ kimi yanaşır. Bu gün "Bakcell" abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu da əsasən cihazlara və tətbiqetmələrin istifadəsinə olan tələbatla bağlıdır.
"Biz Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, "Bakcell" abunəçilərini maksimum keyfiyyət təcrübəsi ilə təmin edəcək.Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmunun yüklənməsində gecikmələrin azalması, mobil cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların hərəkətdə olarkən ümumi məhsuldarlığının artırılması vasitəsilə "Bakcell" LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə müddəti də azalacaq",- deyə "Bakcell" şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
"Bakcell" abunəçiləri adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən daha çox fayda əldə edə bilərlər:
6 dəqiqə ərzində daha çox əldə etmək imkanı! | |||||
Texnologiya | Nəzəri maksimal sürət | Gözlənilən orta sürət | Musiqi faylları (4MB) | Videokliplər (40MB) | Tətbiqetmələr/Oyunlar (1GB) |
LTE-A (20MHz) | 150 Mbit/s | 10-20 Mbit/s | 225 trek | 23 klip | 1 Tətbiqetmə |
LTE-A (30 MHz) | 220 Mbit/s | 30-60 Mbit/s | 675 trek | 68 klip | 3 Tətbiqetmə |
İstifadəçilər "LTE Advanced" texnologiyasından necə faydalana bilərlər?
Ultra-sürətli mobil genişzolaqlı rabitəyə tələbat artmaqdadır. Kateqoriya 6 LTE şəbəkəsi istifadəçilərə yüksək keyfiyyətli 4K videolara baxmaq, canlı iştirakçısı olduqları idman fəaliyyətlərindən və konsertlərdən real vaxt rejimində HD keyfiyyətli videolara çəkdikləri qiymətli anları məşhur paylaşma portalları vasitəsilə bölüşmək, tibbi xidmətlər kimi böyük həcmdə məlumatları məsafədən analiz etmək qabiliyyətinə malik olan daha çox daşına bilən texnologiyalardan və getdikcə püxtələşdirilən gələcək nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək, bütün tətbiqetmələrin və cihazların "Əşyaların İnterneti"nə qoşulduğu və bizi əsl "ağıllı" evlər erasına gətirəcək imkanları yaradan yeni bir dünyanın qapılarını üzünə açaraq onların gündəlik həyatını dəyişəcək.
225 Mbit/s sürətin dəstəklənməsi üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddət ərzində Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək.
"Bakcell" öz abunəçilərinin rahatlığını təmin etmək üçün ən qabaqcıl texnologiyalara investisiyalar yatırmaqda davam edəcək. "4G" şəbəkəsi abunəçilərin cihazlarında batareyaların "2G" şəbəkələri ilə müqayisədə daha uzunömürlü olmasına, hətta əhatə dairəsinin ən zəif olduğu sahələrdə daha yüksək keyfiyyət və sürətlə işləməsinə imkan verir. Telefonda siqnal gücünün işarəsi hətta iki zolaq göstərəndə də 5-10 Mbit/s sürət almaq mümkündür. Artıq "Bakcell" "4G" şəbəkəsinin əhatə dairəsi Bakıda bəzi operatorların "3G" şəbəkəsindən daha genişdir.
Baxış sayı: 691
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır