Tarix:16/10/15
Bir neçə adla (Dridex, Bugat və Cridex) tanınan yeni virus Şərqi Avropa hakerləri tərəfindən bank müştərilərinin məxfi məlumatlarının ələ keçirilməsi məqsədilə hazırlanıb. Bununla əlaqədar agentlik əməkdaşları onlayn bankçılıq xidmətlərindən istifadə edənləri kompüterlərdə antivirus proqramlarını mütəmadi yeniləməyə çağırır.
Adətən virus qurğulara bankın rəsmi məktubu adı ilə yoluxdurulmuş elektron məktublar vasitəsilə nüfuz edir və məktublara əlavə olunan sənədlərdə saxlanılır. İlkin qiymətləndirməyə görə, təkcə Britaniyada minlərlə kompüter bu virusa yoluxub.
Agentlik əməkdaşları digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda virusu şəbəkəyə buraxan hakerlərin saxlanılması üzərində iş aparırlar. Artıq faktla bağlı bir neçə nəfər həbs edilib, - "Payspacemagazine" yazır.
Avropa bankları yeni virusa görə milyonlar itirir
Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (National Crime Agency) mütəxəssisləri yeni virusun yayılması barədə məlumat veriblər. Virusun köməyi ilə fırıldaqçılar artıq britaniyalıların bank hesablarından 20 milyon funt-sterlinq oğurlaya biliblər.Bir neçə adla (Dridex, Bugat və Cridex) tanınan yeni virus Şərqi Avropa hakerləri tərəfindən bank müştərilərinin məxfi məlumatlarının ələ keçirilməsi məqsədilə hazırlanıb. Bununla əlaqədar agentlik əməkdaşları onlayn bankçılıq xidmətlərindən istifadə edənləri kompüterlərdə antivirus proqramlarını mütəmadi yeniləməyə çağırır.
Adətən virus qurğulara bankın rəsmi məktubu adı ilə yoluxdurulmuş elektron məktublar vasitəsilə nüfuz edir və məktublara əlavə olunan sənədlərdə saxlanılır. İlkin qiymətləndirməyə görə, təkcə Britaniyada minlərlə kompüter bu virusa yoluxub.
Agentlik əməkdaşları digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda virusu şəbəkəyə buraxan hakerlərin saxlanılması üzərində iş aparırlar. Artıq faktla bağlı bir neçə nəfər həbs edilib, - "Payspacemagazine" yazır.
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır