12px13px15px17px
Tarix:16/10/15

Naxçıvan MR-də 9 ayda sabit şəbəkəyə qoşulan telefonların sayı 2400-ü ötüb

Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-sentyabr ayları ərzində 2417 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu, MR-in 2015-ci ilin 9 ayı ərzindəki sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
Hesabatda həmçinin göstərilir ki, 1 oktyabr 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb.
 
Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil edib.
 
 
CAHANGİR



Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024