Tarix:16/10/15
Şirkət belə sistemin yaradılmasında süni intellekt sahəsindəki təcrübəsindən istifadə edib.
Bundan başqa, «Hitachi» şirkətinin ixtirası olan sürücüsüz avtomobilin optimal sürətinin hesablanması metodu indi mövcud olan analoqlardan 200 dəfə daha sürətlidir. Bu texnologiya avtomobilin sürətini daha optimal tənzimləməyə imkan verəcək ki, bu da öz növbəsində daha komfort səfər şəraitini təmin edəcək.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Hitachi» şirkətinin qiymətləndirməsinə görə, 2015 maliyyə ilində sürücüsüz avtomobillər üçün komponen satışından 1 trilyon yen (8,29 milyard ABŞ dolları) qazanacaq.
Həmçinin «Mitsubishi Electric» şirkətinin sürücüsüz avtomobilləri hərəkət zamanı peyklərdən əldə edilmiş və ətrafdakı obyektlərin vəziyyətini bir neçə santimetr dəqiqliklə müəyyənləşdirməyə imkan verən məlumatları təhlil edir. «Mitsubishi» bu həftə Kamakura şəhərində yerləşən müəssisəsində öz yeni həllini nümayiş etdirib.
«Boston Consulting Group» analitiklərinin proqnozuna görə, 2025-ci ilə sürücüsüz modellər dünya avtomobil bazarının 12-13 faizini təşkil edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, 10 il sonra planetdə hər il təxminən 14,5 milyon maşın satılacaq ki, onların da idarəetməsi sensor və kameralar vasitəsi ilə həyata keçiriləcək. Gəlir əldə edilməsi üçün yeni imkanlar Yaponiyanın elektronika istehsalçılarını cəlb edir və onları avtomobil istehsalçıları ilə daha sıx əməkdaşlığa sövq edir.
Emil Hüseynov
Yaponiyanın elektronika istehsalçıları sürücüsüz avtomobillərə maraq göstərirlər
Yaxın günlərdə «Hitachi» şirkəti piyadaların avtomobillərlə toqquşmasının qarşısını almağa imkan verən texnologiyanı təqdim edib.Şirkət belə sistemin yaradılmasında süni intellekt sahəsindəki təcrübəsindən istifadə edib.
Bundan başqa, «Hitachi» şirkətinin ixtirası olan sürücüsüz avtomobilin optimal sürətinin hesablanması metodu indi mövcud olan analoqlardan 200 dəfə daha sürətlidir. Bu texnologiya avtomobilin sürətini daha optimal tənzimləməyə imkan verəcək ki, bu da öz növbəsində daha komfort səfər şəraitini təmin edəcək.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Hitachi» şirkətinin qiymətləndirməsinə görə, 2015 maliyyə ilində sürücüsüz avtomobillər üçün komponen satışından 1 trilyon yen (8,29 milyard ABŞ dolları) qazanacaq.
Həmçinin «Mitsubishi Electric» şirkətinin sürücüsüz avtomobilləri hərəkət zamanı peyklərdən əldə edilmiş və ətrafdakı obyektlərin vəziyyətini bir neçə santimetr dəqiqliklə müəyyənləşdirməyə imkan verən məlumatları təhlil edir. «Mitsubishi» bu həftə Kamakura şəhərində yerləşən müəssisəsində öz yeni həllini nümayiş etdirib.
«Boston Consulting Group» analitiklərinin proqnozuna görə, 2025-ci ilə sürücüsüz modellər dünya avtomobil bazarının 12-13 faizini təşkil edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, 10 il sonra planetdə hər il təxminən 14,5 milyon maşın satılacaq ki, onların da idarəetməsi sensor və kameralar vasitəsi ilə həyata keçiriləcək. Gəlir əldə edilməsi üçün yeni imkanlar Yaponiyanın elektronika istehsalçılarını cəlb edir və onları avtomobil istehsalçıları ilə daha sıx əməkdaşlığa sövq edir.
Emil Hüseynov
Baxış sayı: 562
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır