Tarix:16/10/15
Bir neçə ay ərzində hazırlanan sayt daha çox funksiyalı olmaqla BMT-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyətini tam əks etdirir.
Veb-səhifədə Azərbaycanda fəaliyyət göstərən 18 BMT agentliyi haqqında məlumat və təşkilatın ölkədəki Tərəfdaşlıq Çərçivəsi, BMT Rezident Əlaqələndiricisinin illik hesabatları yerləşdirilib. Bundan əlavə, yeni yaradılmış veb-səhifədən Azərbaycan, BMT və Azərbaycan münasibətləri, ölkədə BMT Rezident Əlaqələndirmə Sistemi, BMT-nin Azərbaycandakı tərəfdaşları və xoşməramlı səfirləri, nümayəndəliyin uğur hekayələri, BMT agentliklərində təcrübə, vakansiya və tender imkanları, BMT-nin 2015-ci ildə tamamlanacaq və 2015-2030-cu illəri əhatə edən gələcək İnkişaf Gündəliyi, əldə olunan nəticələr və planları barəsində ətraflı məlumatları əldə etmək mümkünləşib.
Mətbuatla daha yaxından işləmək və daim məlumatda saxlamaq üçün veb-səhifədə xüsusi Media Bloqu da yaradılıb. BMT, BMT Günləri, təşkilatın qarşıdan gələn tədbir və konfransları haqqında ətraflı məlumat vermək üçün xüsusi qovluq da var. Səhifə ingilis dilindədir və tezliklə Azərbaycan versiyası da istifadəçilərə təqdim ediləcək.
Veb-səhifə ölkədəki çoxsaylı BMT agentliklərinin Birgə İctimai Əlaqələr Strategiyasının tətbiqi üçün atılan ilk addımdır.
SEYMUR
BMT Azərbaycan Nümayəndəliyinin veb-səhifəsi hazırlanıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyinin rəsmi veb-səhifəsi izləyicilərin istifadəsinə təqdim edilib.Bir neçə ay ərzində hazırlanan sayt daha çox funksiyalı olmaqla BMT-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyətini tam əks etdirir.
Veb-səhifədə Azərbaycanda fəaliyyət göstərən 18 BMT agentliyi haqqında məlumat və təşkilatın ölkədəki Tərəfdaşlıq Çərçivəsi, BMT Rezident Əlaqələndiricisinin illik hesabatları yerləşdirilib. Bundan əlavə, yeni yaradılmış veb-səhifədən Azərbaycan, BMT və Azərbaycan münasibətləri, ölkədə BMT Rezident Əlaqələndirmə Sistemi, BMT-nin Azərbaycandakı tərəfdaşları və xoşməramlı səfirləri, nümayəndəliyin uğur hekayələri, BMT agentliklərində təcrübə, vakansiya və tender imkanları, BMT-nin 2015-ci ildə tamamlanacaq və 2015-2030-cu illəri əhatə edən gələcək İnkişaf Gündəliyi, əldə olunan nəticələr və planları barəsində ətraflı məlumatları əldə etmək mümkünləşib.
Mətbuatla daha yaxından işləmək və daim məlumatda saxlamaq üçün veb-səhifədə xüsusi Media Bloqu da yaradılıb. BMT, BMT Günləri, təşkilatın qarşıdan gələn tədbir və konfransları haqqında ətraflı məlumat vermək üçün xüsusi qovluq da var. Səhifə ingilis dilindədir və tezliklə Azərbaycan versiyası da istifadəçilərə təqdim ediləcək.
Veb-səhifə ölkədəki çoxsaylı BMT agentliklərinin Birgə İctimai Əlaqələr Strategiyasının tətbiqi üçün atılan ilk addımdır.
SEYMUR
Baxış sayı: 804
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib