12px13px15px17px
Tarix:17/10/15

Dünyada bankomat fırıldaqçılığı artıb


Avropa ölkələri bankomatlarında 2015-ci ilin birinci yarısında fırıldaqçılıq hallarının sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artıb. Bu, fırıldaqçılar tərəfindən kartların oğurlanması və cinayətkarların pulları bankomat vasitəsilə öz hesablarına köçürmələrinin artması ilə əlaqədardır.
“European ATM Security Team” (EAST) hesabatına görə, kartların ələ keçirilməsi üzrə fırıldaqçılıq əməliyyatlarının sayı 18 faiz artıb, halbuki 2015-ci ilin birinci rübündə 3043 belə hal qeydə alınıb. Fırıldaqçıların kartlarına bankomatlar vasitəsilə vəsaitlərin köçürülməsi üzrə qeyri-qanuni əməliyyatların sayı 985 faiz çoxalıb (il ərzində 117 haldan 1270 haladək).  Bu növ bankomat fırıldaqçılığı “Transaction Reversal Fraud” adlanır. Fırıldaqçılar tərəfindən ələ keçirilən kartlardan hətta cinayətkarların PİN-kodu ələ keçirə bilməsi zamanı “EMV” mühitində (çipli kartlar) istifadə oluna bilər.  


“EAST” qrupunun ekspertləri bildiriblər ki, dünyada bankomat fırıldaqçılığından itkilər 18 faiz artıb (il ərzində 111 milyon avrodan 131 milyon avroyadək). Bu hal daha çox ABŞ və Asiya-Sakit okean regionunda qeydə alınıb. Avropada bankomat fırıldaqçılığından itkilər analoji dövrdə 11 faiz yüksəlib, - "Payspacemagazine”  yazır.



Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024