12px13px15px17px
Tarix:19/10/15

BTRİB CDMA rabitəsinin keyfiyyətinin artırılması istiqamətində işlər aparır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir.
 
Bu barədə “ICTNews” elektron xəbər xidmətinə birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib.
 
Onun sözlərinə görə, profilaktik işlər bütün baza stansiyalarında həyata keçirilir. Bundan başqa Bakı və ətraf qəsəbələrdə aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni baza stansiyası qurulub.
 
 Şöbə rəisi əlavə edib ki,  nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınıb və artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.

   Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir.
 
“Aztelekom” MMC ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda bu xidmətdən yararlana bilər.
 
RƏVAN



Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024