12px13px15px17px
Tarix:19/10/15

Sinqapur və ABŞ-da sürücüsüz avtobuslar sərnişinlərin daşınmasına başlayır

Fransanın «EasyMile» şirkəti tərəfindən layihələşdirilmiş «EZ10» adlı  avtomatlaşdırılmış mini-avtobuslar Kaliforniya (ABŞ) və Sinqapurda işləməyə başlayacaq.
 
 
«EZ10» - bu, tamamilə sürücüsüz hərəkət edən nəqliyyat vasitəsidir. Bu avtobuslar litium-ion akkumulyatorlar blokundan enerji toplayan elektrik motoru vasitəsilə hərəkət edir. Şarj təxminən 80 km məsafəni qət etməyə imkan verir, enerji ehtiyatının yenidən doldurulması 8 saat çəkir. Avtobusun orta hərəkət sürəti 20 km/saat, maksimal isə 40 km/saat təşkil edir.
 
 
«ICTnews.az» saytı «3dnews.ru» resursuna istinadən yazır ki, mini-avtobuslar 12-dək sərnişin daşıyır. Bu avtobuslar öncədən yaddaşa yazılmış marşrut üzrə hərəkət edir və lidar, videokameralar, naviqasiya sistemi, həmçinin avtobusun bortuna quraşdırılmış müxtəlif ötürücülər  maneələrlə toqquşmanın qarşısını ala bilir.
 
 
Komanda mərkəzi ilə məlumat mübadiləsi şifrlənmiş növdə həyata keçirilir.
 
Hələ ki bu avtobuslar ümumi istifadə edilən yollarda istifadəyə verilməyib. Belə ki, Sinqapurda «Gardens by the Bay» futurist park kompleksinin ərazisində və Kaliforniyada isə «Bishop Ranch» biznes-parkının ərazisində işləyəcək. 2016-cı ilin ortasında isə sərnişinlərin daşınması tam olaraq həyata keçiriləcək. 
 
 
Emil Hüseynov



Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024