Tarix:19/10/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ”Startap Azərbaycan” təşkilat komitəsinin təşkil etdiyi “Startap Günləri”nin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, internet biznesin inkişafına təkan verərək milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
“Startap Günləri” çərçivəsində konfrans və yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək. “Startap Günləri”nin əsas tədbirlərindən biri də startapçıların biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən yerli “startup” sahiblərinin yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.
“Startap Günləri”ndə startapçılar innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni “startup” layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
“Startap Günləri”nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Bakcell”, “Cybernet”, “SİNAM”, “Baku Business Factory”, “Khazar Ventures” şirkətləri dəstək verirlər.
Aynur Vəliyeva
Bakıda növbəti “Startap Günləri” keçiriləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 6-8 noyabr tarixində Yüksək Texnologiyalar Parkında növbəti “Startap Günləri” keçiriləcək.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ”Startap Azərbaycan” təşkilat komitəsinin təşkil etdiyi “Startap Günləri”nin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, internet biznesin inkişafına təkan verərək milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
“Startap Günləri” çərçivəsində konfrans və yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək. “Startap Günləri”nin əsas tədbirlərindən biri də startapçıların biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən yerli “startup” sahiblərinin yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.
“Startap Günləri”ndə startapçılar innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni “startup” layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
“Startap Günləri”nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Bakcell”, “Cybernet”, “SİNAM”, “Baku Business Factory”, “Khazar Ventures” şirkətləri dəstək verirlər.
Aynur Vəliyeva
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır