Tarix:20/10/15
Mütəxəssislərin fikrincə, yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) və «Intel Skylake» prosessorlarının çıxarılması noutbuk seqmentində yenidən müsbət dinamikaya qayıtmağa imkan yaradıb. Ekspertlər hesab edirlər ki, məhz bu amillər sayəsində cari ilin üçüncü rübündə noutbukların qlobal tədarükü ötən rüblə müqayisədə 6 faiz artıb. Amma 2014-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə tədarükün həcmi 9,1 faiz azalıb.
Qeyd edək ki, bundan əvvəl «IDC» və «Gartner» şirkətinin analitikləri masaüstü sistemlər və noutbukları əhatə edən qlobal FK bazarı üzrə məlumatlarını dərc ediblər. Birinci analitik şirkət ötən rüb 11 faiz azalma, ikinci şirkət isə 7,7 faiz azalma qeydə alıb.
Beş ən iri noutbuk istehsalçısı arasında yalnız «Apple» korporasiyası üçaylıq deyil, həm də illik hesablama üzrə nəticələrini yaxşılaşdırmağa nail olub. «Wintel» («Windows» ƏS və «Intel» prosessoru ilə işləyən qurğular) platformasında yığcam kompüterlər istehsal edən başqa şirkətlərin əksəriyyəti yalnız ötən rüblə müqayisədə tədarükü artırıblar.
Emil Hüseynov
Noutbukların qlobal tədarükündə yenidən artım qeydə alınıb
«Digitimes Research»in analitikləri iddia edir ki, 2015-ci ilin sentyabrında noutbukların qlobal tədarükü üzrə artım qeydə alınıb.Mütəxəssislərin fikrincə, yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) və «Intel Skylake» prosessorlarının çıxarılması noutbuk seqmentində yenidən müsbət dinamikaya qayıtmağa imkan yaradıb. Ekspertlər hesab edirlər ki, məhz bu amillər sayəsində cari ilin üçüncü rübündə noutbukların qlobal tədarükü ötən rüblə müqayisədə 6 faiz artıb. Amma 2014-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə tədarükün həcmi 9,1 faiz azalıb.
Qeyd edək ki, bundan əvvəl «IDC» və «Gartner» şirkətinin analitikləri masaüstü sistemlər və noutbukları əhatə edən qlobal FK bazarı üzrə məlumatlarını dərc ediblər. Birinci analitik şirkət ötən rüb 11 faiz azalma, ikinci şirkət isə 7,7 faiz azalma qeydə alıb.
Beş ən iri noutbuk istehsalçısı arasında yalnız «Apple» korporasiyası üçaylıq deyil, həm də illik hesablama üzrə nəticələrini yaxşılaşdırmağa nail olub. «Wintel» («Windows» ƏS və «Intel» prosessoru ilə işləyən qurğular) platformasında yığcam kompüterlər istehsal edən başqa şirkətlərin əksəriyyəti yalnız ötən rüblə müqayisədə tədarükü artırıblar.
Emil Hüseynov
Baxış sayı: 520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır