Tarix:20/10/15
“MOFCOM”-un bəyanatında deyilir ki, “Nokia” 10 dekabr 2015-ci ildə simsiz rabitə standartlarından istifadəyə və patentlərin lisenziyalaşdırılmasına aid müəyyən şərtləri yerinə yetirməyə razılıq verib. Çin hakimiyyətinin bazarı “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin aktivlərinin birləşməsi nəticəsində mənfi təsirlərdən qorumağa yönələn tələbləri barədə ətraflı məlumat verilmir.
Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb. 2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir. İyulun sonunda saziş Avropa Komissiyası tərəfindən təsdiqlənib.
“Alcatel-Lucent”in satın alınması Finlandiya istehsalçısına İsveçin "Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək.
2014-cü ildə şirkətlərin ümumi gəliri 27 milyard dolları ötüb. Əməkdaşların ümumi sayı isə 100 minə yaxındır, - “DailyComm” yazır.
Çin "Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsinə icazə verib
Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Çin Ticarət Nazirliyindən (MOFCOM) rəqibi “Alcatel-Lucent” Fransa-ABŞ şirkətinin satın alınmasına icazə verilməsini açıqlayıb. Bununla iki şirkətin birləşməsi yolunda daha bir maneə aradan qaldırılıb.“MOFCOM”-un bəyanatında deyilir ki, “Nokia” 10 dekabr 2015-ci ildə simsiz rabitə standartlarından istifadəyə və patentlərin lisenziyalaşdırılmasına aid müəyyən şərtləri yerinə yetirməyə razılıq verib. Çin hakimiyyətinin bazarı “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin aktivlərinin birləşməsi nəticəsində mənfi təsirlərdən qorumağa yönələn tələbləri barədə ətraflı məlumat verilmir.
Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb. 2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir. İyulun sonunda saziş Avropa Komissiyası tərəfindən təsdiqlənib.
“Alcatel-Lucent”in satın alınması Finlandiya istehsalçısına İsveçin "Ericsson” və Çinin “Huawei” şirkətləri ilə rəqabət aparmağa imkan verəcək.
2014-cü ildə şirkətlərin ümumi gəliri 27 milyard dolları ötüb. Əməkdaşların ümumi sayı isə 100 minə yaxındır, - “DailyComm” yazır.
Baxış sayı: 520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır