Tarix:20/10/15
İndi “Bakcell” abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.
Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini “Bakcell” xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirilir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.
“Bakcell” ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in “3G” şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və “4G” şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. “4G” xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə “Bakcell” şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Azərbaycanda mobil internet bazarının lideri olan “Bakcell” şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.
Azərbaycanda ilk dəfə: “Bakcell” abunəçiləri internet paketlərini paylaşa bilər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.İndi “Bakcell” abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.
Paketin həcmi | Qiymət |
800 MB | 7 AZN |
2 GB | 10 AZN |
5 GB | 15 AZN |
10 GB | 22 AZN |
15 GB | 30 AZN |
30 GB | 45 AZN |
Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini “Bakcell” xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirilir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.
“Bakcell” ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in “3G” şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və “4G” şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. “4G” xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə “Bakcell” şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Azərbaycanda mobil internet bazarının lideri olan “Bakcell” şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.
Baxış sayı: 599
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır