12px13px15px17px
Tarix:20/10/15

2 il sonra Britaniyanın küçələrində kvant texnologiyaları peyda olacaq






Kvant elmi tədricən gündəlik həyatımıza təsir göstərəcək texnologiyaya çevrilir. Belə ki, 2020-ci ilə Böyük Britaniyada dünyanın ən güclü kvant kompüteri, bütün ölkəni əhatə edəcək təhlükəsiz kvant şəbəkəsi və çoxsaylı kvant sahələri yarana bilər.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, bu missiya 2013-cü ildə start götürüb: Böyük Britaniyanın kansleri Corc Osorn kvant texnologiyalarına 270 milyon funt-sterlinq investisiya qoyuluşunu elan etmişdi. Hazırda alimlər 5 il ərzində (2015-ci ildən etibarən) faydalı kvant qurğuları yaratmaq məqsədi ilə konkret sahələr üzrə (hesablama, kommunikasiya, vizuallaşdırma) təmərküzləşmiş mərkəzlərdə  toplaşırlar.
 
 
Ötən ay alimlər komandası öz beşillik yol xəritəsini və potensial maneələri müzakirə etmək üçün Oksford Universitetində «Quantum IK» adlı birinci illik görüşünü keçiriblər.
 
 
"Kvant fizikası haqda geniş ictimaiyyətlə söhbət apardıqda, sonuncu düşünür ki, bu, fəlsəfə sahəsi ilə bağlı nə isə dəhşətli bir şeydir» - London İmperiya kollecindən Piter Nayt görüş zamanı belə fikir səsləndirib. Bu formalaşmış fikri dəyişdirmək lazımdır. Bizim əsas müraciətimiz aşağıdakı kimidir: indi bu, inkişaf edən texnologiyadır".
 
 
Oksfordda kvant hesablamaları mərkəzinin direktoru Yan Volmsli deyib ki, sözügedən texnologiyanı reallığa çevirmək üçün fundamental elm kifayət qədər inkişaf edib. "Hazırda növbəti səviyyəyə çıxaracaq mühəndislik təkanı lazımdır".
 
 



 


Emil Hüseynov
 
 



Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024