Tarix:20/10/15
Heydər Əliyev Fondu və BMT-nin Ölkə üzrə İdarə Heyətinin yaxın əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin BMT-nin mavi rəngində işıqlandırılacaq.
BMT-nin Azərbaycanda nümayəndəliyindən bildirilib ki, qlobal səviyyəli təntənə Yeni Zelandiyadan başlayacaq, sonra torançağı Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək və nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkələri və qitələri səyahət edəcək. Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və 23 oktyabr tarixindən başlayaraq 24 oktyabra qədər BMT Qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
"Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və coşqu nümayiş etdirdiklərinə görə Üzv Dövlətlərə minnətdaram", - deyə, BMT Baş katibi Pan Gi-Mun bildirib. "Bir günlük dünyanı BMT-nin mavi rənginə boyamaqla, biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik".
Həqiqət İSABALAYEVA
Heydər Əliyev Mərkəzi BMT-nin 70 illik yubileyi münasibətilə mavi rənglə işıqlandırılacaq
Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rəngdə işıqlandırılacaqlar.Heydər Əliyev Fondu və BMT-nin Ölkə üzrə İdarə Heyətinin yaxın əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin BMT-nin mavi rəngində işıqlandırılacaq.
BMT-nin Azərbaycanda nümayəndəliyindən bildirilib ki, qlobal səviyyəli təntənə Yeni Zelandiyadan başlayacaq, sonra torançağı Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək və nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkələri və qitələri səyahət edəcək. Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və 23 oktyabr tarixindən başlayaraq 24 oktyabra qədər BMT Qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
"Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və coşqu nümayiş etdirdiklərinə görə Üzv Dövlətlərə minnətdaram", - deyə, BMT Baş katibi Pan Gi-Mun bildirib. "Bir günlük dünyanı BMT-nin mavi rənginə boyamaqla, biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 550
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır