12px13px15px17px
Tarix:20/10/15

“Xiaomi” 60 düymlük televizor təqdim edib

Çinin “Xiaomi” şirkəti 60 düym diaqonallı ekrana malik “Mi TV 3” smart televizorunun yeni versiyasını təqdim edib. Televizorun qiyməti 4999 yuan (785 dollar) təşkil edir.
 
Bildirilir ki, “4K” təsvir ölçüsünə malik televizorun yuxarı hissəsində qalınlığı 11,6 mm, aşağı hissəsində 36,7 mm-dir. Qurğu “Android” əməliyyat sistemi bazasında şirkətə məxsus "MIUI” daxili proqram təminatının idarəetməsi ilə işləyir.
 
“Mi TV3” iki hissədən - televizor və özündə çoxlu hesablama gücünü birləşdirən səs sistemindən ibarətdir. Onun köməyi ilə istənilən televizoru, eləcə də monitor və proyektoru “ağıllı” funksiyalarla təchiz etmək olar. Panelin ayrılıqda qiyməti 999 yuan (160) təşkil edir. Audiosistemdə dinamiklər və 60 QHs-22 kQs diapazonunda işləyən sabvuferlər quraşdırılıb.
 
Televizorun satışa çıxarılma tarixi barədə məlumat verilmir, - “Qazeta” yazır.



Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024