12px13px15px17px
Tarix:20/10/15

Yerli kabel televiziyası Bakı şəhərində DVB-T televiziya yayımı formatına keçməyə hazırdır

“B&B TV Communications” şirkəti Bakı şəhərində DVB-T televiziya yayımı formatına keçməyə hazırdır.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırlıq işləri görülüb, “B&B TV Communications” şirkəti yayımın təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasını gözləyir.
 
“Bundan sonrakı işimiz birbaşa radiotezliklərın ayrılması ilə bağlıdır. Radiotezliklər ayrıldığı halda biz artıq alınacaq avadanlığın texniki parametrlərini müəyyən edəcəyik. Radiotezliklərin ayrılması isə ölkə üzrə tam olaraq analoq yayımın dayandırılması və rəqəmli yayıma keçiddən sonra mümkün olacaq. Apardığımız danışıqlara əsaslanaraq bu ilin sonuna kimi Bakıda DVB-T2 televiziya yayımı formatına keçəcəyik”, - deyə şirkətdən bildiriblər.
 
"B&B TV" qeyd edilən işləri “Nar” mobil rabitə operatoru ilə birgə “NarHome” layihəsi çərçivəsində həyata keçirir. Bakıda DVB-T2 televiziya yayımı formatında yayımı üzrə kommersiya paketinin qiyməti 10 manat olacaq və paketə 100 kanal daxil olacaq.
 
"B&B TV" şirkəti 1996-cı ildə təsis olunub və Azərbaycanda ilk dəfə analoq üsulu ilə radio-televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlayıb. 2007-ci ilin aprel ayından başlayaraq «B&B TV» Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətəndaşlara təqdim edib.
 
Hazırda «B&B TV» rəqəmli efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir.
 
Aynur Vəliyeva



Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024