12px13px15px17px
Tarix:21/10/15

“Ericsson” Braziliyaya ilk “5G” sınaq sistemini tədarük edəcək

Braziliya Prezidenti Dilma Russefin İsveçə səfəri çərçivəsində “Ericsson” şirkətinin mənzil-qərargahında keçirilən görüş zamanı şirkətin Braziliyaya ölkənin rəqəmləşdirilməsi üzrə planın həyata keçirilməsinə dəstək vermək niyyətində olması bəyan edilib.
 
“Əminəm ki, “5G” əsasında gələcək nəsil genişzolaqlı mobil internet və “Əşyalar interneti” (IoT) texnologiyaları səhiyyə, təhsil, energetika və kənd təsərrüfatında, eləcə də yeni sənaye sahələrində tərəqqini sürətləndirəcək”, - "Ericsson”-un prezidenti və baş icraçı direktoru Hans Vestberq bildirib.
 
“Ericsson” Braziliyada 1924-cü ildən fəaliyyət göstərir.  
 
2016-cı ildə rəqəmləşdirmə planı çərçivəsində İsveç şirkəti Meksikanın “América Móvil” mobil rabitə operatoru ilə birlikdə Braziliyaya ilk “5G” sınaq sistemini tədarük edəcək. Bu innovativ sistem telekommunikasiya operatorlarına və onların elmi-tədqiqat institutları, səhiyyə müəssisələri, energetika və kənd təsərrüfatı şirkətləri kimi tərəfdaşlarına “5G” texnologiyasının funksionallığını işlək rabitə şəbəkəsində sınaqdan keçirməyə imkan verəcək. Bundan əlavə, şirkətlər Braziliya sənayesinə və dövlət müəssisələrinə transformasiyaya hazırlaşmağa imkan verəcək “Əşyalar interneti” texnologiyasının sınağı üçün sistem quracaq.
 
“Ericsson” həmçinin San-Paulu və Kampinos universitetləri ilə “5G” sahəsində birgə tədqiqatlar proqramına başlamaq barədə planlarını açıqlayıb. 2017-ci ildə başlayacaq proqram Seara Federal Universitetinin əvvəlki analoji proqramını tamamlayacaq.
 
Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq “5G” mobil şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə 1000 dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - "CNews” yazır. 



Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024