Tarix:21/10/15
Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib. Hər beş ildə ölkəmizdə üç seçkinin keçirildiyini diqqətə çatdıran Prezidentin köməkçisi gənclərin dövlətçilik, vətəndaşlıq məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəcəklərinə, bu görüşdən sonra gənclər təşkilatlarının Azərbaycan gəncliyi, o cümlədən ilk dəfə səs verəcək şəxslər arasında geniş təbliğati işlər aparacağına əminliyini ifadə edib.
“Prezident İlham Əliyev öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe bəzən müəyyən dairələri narahat edir. Azərbaycanı istəməyən bəzi dairələr dövlətimizin siyasətinə, onun daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, Azərbaycan dövlətini qoruyaq, yaşadaq, bu dövlətə söykənərək xalqımızın maraqlarını təmin edək”.
Son illər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən birinin gənclər siyasəti olduğunu qeyd edən Əli Həsənov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinə sahiblik etmək iqtidarına malik güclü gənclər ordusunun formalaşdığını deyib.
“Bu gün Azərbaycan gəncliyi həm fiziki, həm mənəvi, həm də intellektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti çıxışlarında, gənclərlə bağlı görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir”.
Seymur Qasımbəyli
Əli Həsənov çağırış etdi: “Gördüklərinizi sosial şəbəkələrdə paylaşın”
“Bu gün sosial şəbəkələrdə, yerli və beynəlxalq mətbuatda Azərbaycanda keçirilən seçkilər mövzusu aktuallaşmaqda davam edir. Seçki günü, ondan sonra nəticələrin elan olunması, “exit-poll” və sosioloji təhlillər aparan digər qurumların məlumatlarının müzakirəsi zamanı Azərbaycan gəncliyini fəallığa çağırıram. Gördüklərinizi şəbəkələrdə paylaşın, xaricdə və ölkə daxilində müzakirəyə çıxarın, Azərbaycanın bu illərdə formalaşdırdığı seçki praktikasının reallıqları, seçki modeli və seçki prosesini həyata keçirən institutların fəaliyyətini, bütövlükdə dövlətin bu sahədə iştirakı məsələlərini təhlil edin. Azərbaycanda seçkiləri saxtalaşdırmaq, onun keçirilməsi ilə bağlı mənfi rəy formalaşdırmaq istəyən yerli və xarici qüvvələrə müqavimət göstərin”.Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib. Hər beş ildə ölkəmizdə üç seçkinin keçirildiyini diqqətə çatdıran Prezidentin köməkçisi gənclərin dövlətçilik, vətəndaşlıq məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəcəklərinə, bu görüşdən sonra gənclər təşkilatlarının Azərbaycan gəncliyi, o cümlədən ilk dəfə səs verəcək şəxslər arasında geniş təbliğati işlər aparacağına əminliyini ifadə edib.
“Prezident İlham Əliyev öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe bəzən müəyyən dairələri narahat edir. Azərbaycanı istəməyən bəzi dairələr dövlətimizin siyasətinə, onun daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, Azərbaycan dövlətini qoruyaq, yaşadaq, bu dövlətə söykənərək xalqımızın maraqlarını təmin edək”.
Son illər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən birinin gənclər siyasəti olduğunu qeyd edən Əli Həsənov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinə sahiblik etmək iqtidarına malik güclü gənclər ordusunun formalaşdığını deyib.
“Bu gün Azərbaycan gəncliyi həm fiziki, həm mənəvi, həm də intellektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti çıxışlarında, gənclərlə bağlı görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir”.
Seymur Qasımbəyli
Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib