12px13px15px17px
Tarix:21/10/15

«Google Photos» xidmətinin auditoriyası 100 milyona çatıb

«Google»un rəsmi bloqunda yazılıb ki, yeni fotoxidmətinin auditoriyası 100 milyon aktiv istifadəçi yığıb.
 
 
Xatırladaq ki, yeni «Google Photos» xidməti 2015-ci ilin mayında  istifadəyə verilib, foto və videoməzmunun saxlanması, redaktəsi və mübadiləsi üçün nəzərdə tutulub.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, xidmətin abunəçilərinə 16 meqapiksel təsvir ölçüsündə fotoşəkillərin və «Full HD» formatında videoçarxların saxlanılması üçün limitsiz tutumda disk sahəsi təklif edilir. «Google Photos» şəkillərdə təsvir edilmiş yerlər, obyektlər və insanların sifəti üzrə axtarışa imkan verir.
 
 
«Google Photos» ən sürətli inkişaf edən xidmətlərdən biridir. Müqayisə üçün, «Pinterest» və «Twitter» sosial şəbəkələri təxminən 100 milyonluq auditoriya toplamaq üçün 5 il, «Instagram» xidməti isə 2.5 il gözləməli olub. «Google Photos» eyni göstəriciyə nail olmaq üçün 5 ay vaxt sərf edib.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 824

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024