Tarix:21/10/15
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinin sorğusunu cavablandırarkən MN-in mətbuat katibi Mais Piriyev bildirib. Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi elektron xidmət növlərinin siyahısında adları olan 41 e-xidmət təchizatçısından 4-ü hələ ki, “Elektron hökumət” portalına qoşulmayıb. Maliyyə Nazirliyi yeganə nazirlikdir ki, “Elektron hökumət” portalına inteqrasiyanı başa çatdırmayıb.
Hazırda MN-in bir sıra e-xidmətlər göstərdiyini önə çəkən M.Piriyev əlavə edib ki, nazirliyin təqdim etdiyi e-xidmətlər “www.maliyye.gov.az” saytı üzərindən tam operativ şəkildə işləyir:
“Eyni zamanda, büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotu, büdcənin proqnozlaşdırılması, əməkhaqlarının hesablanmasını, kadr uçotunu və sair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı nazirlikdə tətbiq olunub və müvəffəqiyyətlə istifadə olunur”.
Maliyyə Nazirliyində müasir tələblərə cavab verən, idarəetməni daha effektiv həyata keçirməyə imkan verən, elektron informasiya mənbələrinə təhlükəsiz çıxışı təmin edəcək daxili şəbəkənin qurulduğunu vurğulayan mətbuat katibinin sözlərinə görə, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır.
SEYMUR
Maliyyə Nazirliyi xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya edilməsi istiqamətində işlər aparır
Maliyyə Nazirliyi (MN) əhaliyə göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya edilməsi istiqamətində işlər aparır.Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinin sorğusunu cavablandırarkən MN-in mətbuat katibi Mais Piriyev bildirib. Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi elektron xidmət növlərinin siyahısında adları olan 41 e-xidmət təchizatçısından 4-ü hələ ki, “Elektron hökumət” portalına qoşulmayıb. Maliyyə Nazirliyi yeganə nazirlikdir ki, “Elektron hökumət” portalına inteqrasiyanı başa çatdırmayıb.
Hazırda MN-in bir sıra e-xidmətlər göstərdiyini önə çəkən M.Piriyev əlavə edib ki, nazirliyin təqdim etdiyi e-xidmətlər “www.maliyye.gov.az” saytı üzərindən tam operativ şəkildə işləyir:
“Eyni zamanda, büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotu, büdcənin proqnozlaşdırılması, əməkhaqlarının hesablanmasını, kadr uçotunu və sair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı nazirlikdə tətbiq olunub və müvəffəqiyyətlə istifadə olunur”.
Maliyyə Nazirliyində müasir tələblərə cavab verən, idarəetməni daha effektiv həyata keçirməyə imkan verən, elektron informasiya mənbələrinə təhlükəsiz çıxışı təmin edəcək daxili şəbəkənin qurulduğunu vurğulayan mətbuat katibinin sözlərinə görə, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır.
SEYMUR
Baxış sayı: 623
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır