12px13px15px17px
Tarix:24/10/15

RYTN-ə daxil olan müraciətlərin sayı və məzmunu araşdırılıb

2015-ci ilin 9 ayında vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 ədəd artaraq 1768 ədəd (275-i telefon çəkilişi, 171-i maddi yardım verilməsi, 171-i işlə təmin olunma, 125-i telefonun işləməməsi, 82-si qəbula gəlmək və s.-lə bağlı), ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 22 ədəd azalaraq 395 ədəd təşkil edib.


Eyni zamanda, hesabat dövründə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə rabitə və yüksək texnologiyalar naziri respublikanın 8 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirib. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb, həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

 
Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış «qaynar xətt»ə 5901 ədəd, nazirliyin elektron poçtuna isə 2097 müraciət, cəmi 7998 ədəd müraciət daxil olub. Bunlardan  sorğu xarakterli 1232 müraciət üzrə müvafiq cavablandırma və zəruri olan izahatlar verilib.
 
 



Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024