Tarix:24/10/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Ümumdünya Radiorabitə Konfransı (ÜRK) Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir və sonuncu belə konfrans 2012-ci ildə Cenevrə şəhərində baş tutub.
32 bənddən ibarət olan gündəlik üzrə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 7 təklif hazırlanıb. Bu təkliflərdən üçü RRB ilə, biri CEPT-lə birgə, üçü isə tək Azərbaycan adından verilib.
Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi və onlara tezliklərin ayrılması, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (məsələn, rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.
Konfransların keçirilməsinin əsas məqsədi əvvəlki konfranslardan keçən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən Radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.
Aynur Vəliyeva
Azərbaycan Ümumdünya Radiorabitə Konfransında yeddi təkliflə çıxış edəcək
Cenevrə şəhərində 2-27 noyabr tarixlərində Ümumdünya Radiorabitə Konfransı keçiriləcək.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Ümumdünya Radiorabitə Konfransı (ÜRK) Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir və sonuncu belə konfrans 2012-ci ildə Cenevrə şəhərində baş tutub.
32 bənddən ibarət olan gündəlik üzrə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 7 təklif hazırlanıb. Bu təkliflərdən üçü RRB ilə, biri CEPT-lə birgə, üçü isə tək Azərbaycan adından verilib.
Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi və onlara tezliklərin ayrılması, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (məsələn, rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.
Konfransların keçirilməsinin əsas məqsədi əvvəlki konfranslardan keçən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən Radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.
Aynur Vəliyeva
Baxış sayı: 862
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı