12px13px15px17px
Tarix:24/10/15

“Azərkosmos” ASC Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

 “Azərkosmos” ASC  və Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi arasında  “Azersky” peykindən əldə olunan təsvirlərin “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində kənd təsərrüfatında istifadəsi üzrə müqavilə imzalanıb.
 
Qeyd edək ki, TSİS layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və bu layihəyə əsasən, əldə ediləcək peyk təsvirlərindən rəqəmsal ortofotolar alınması  üçün istifadə ediləcək.
 
Peyk təsvirlərinin məhz bu layihədə istifadəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, həm də digər təyinatlı torpaq sahələrinin identifikasiyası üçün nəzərdə tutulub.
 
Müqaviləyə əsasən,  peyk təsvirlərinin bir hissəsi “Azersky” peyki ilə, digər hissəsi isə “Azərkosmos”un partnyoru olduğu “Airbus Defence and Space” şirkətinin 0.5m ayrıdetməli “Pleiades peyki ilə çəkiləcək. Çəkilişlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılıb.
 
Xatırladaq ki, bu ilin 22 aprel tarixində  “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Azərkosmos”un və Fransanın  “Airbus Defence və Space” şirkətinin əməkdaşlarının  birgə təşkil etdiyi  Yerin məsafədən müşahidə  peyki olan “Azersky” peyki vasitəsilə əldə olunan peyk təsvirlərinin kənd təsərrüfatı sahəsində tətbiqi mövzusuna dair seminarda bu layihələrlə bağlı müzakirələr olub. Aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda  Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
 
 



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024