12px13px15px17px
Tarix:26/10/15

Sosial şəbəkə təsisçisi məktəb açacaq

“Facebook” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Sukerberq həyat yoldaşı Prinsilla Çan ilə birlikdə uşaqların hələ dünyaya gəlməmişdən əvvəl qəbul olunacağı pulsuz ibtidai məktəb açacaq. O, yeni tədris növü haqqında sosial şəbəkə səhifəsində yazıb.
 
Bildirilir ki, məşğələlərə 3 yaşından başlanılacaq. Məktəblilərə 12 illik təhsil müddəti başa çatanadək tibbi xidmət göstəriləcək. Təhsil müəssisəsinin Kaliforniyanın İst Palo Alto şəhərində açılması nəzərdə tutulur. “Mən Prinsillanın təhsil və səhiyyəni birləşdirəcək yeni növ məktəb istifadəyə verməsindən fəxr edirəm”, - M.Sukerberq qeyd edib.
 
Məktəbin ilk şagirdlərinin aztəminatlı ailələrdən olması gözlənilir. Təhsil müəssisəsinin nəzdində şagirdlər və onların ailələri üçün tibbi mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, burada hamilə qadınların perinatal müalicəsi aparılacaq.
 
“Sağlamlıq və təhsil bir-biri ilə sıx bağlıdır. Uşaqlar xəstə olanda oxumaqda çətinlik çəkirlər. Hər gün ölkədə əksər uşaqlar və müəllimlər zəif sağlamlığın nəticələri ilə üzləşir”, - M.Sukerberq əlavə edib.
 
Məktəbin 2016-cı ilin avqustunda fəaliyyətə başlaması planlaşdırılır, - "Lenta” yazır.



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024