12px13px15px17px
Tarix:27/10/15

«Facebook» sosial şəbəkəsi 15 milyard dollarlıq cərimədən xilas oldu

«Facebook» sosial şəbəkəsi 15 milyard dollarlıq cərimədən xilas ola bilib.
 
 
«Bloomberg» nəşri yazır ki, 23 oktyabr tarixində Kaliforniya ştatının dairə məhkəməsi «Facebook»u fərdi məlumatları qanunsuz toplamaqda ittiham edən kollektiv iddianı rədd edib.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2010-cu ilin mayından 2011-ci ilin sentyabrına kimi «Facebook»da qeydiyyatdan keçmiş ABŞ-ın 10 ştatının sakinləri iddia edib ki, sosial şəbəkə istifadəçi sessiyası başa çatdıqdan sonra "cookie" fayllarının köməyi ilə onlar haqda informasiyanı toplayır. İddiaçılar təkid edib ki, onlar "cookie"ni öz fərdi kompüterlərinə ona görə quraşdırmayıblar ki, proqram istifadəçilər öz hesablarından çıxdıqdan sonra onları izləməyə davam etsin.
 
 
Məhkəmənin qərarına əsasən, iddiaçılar «Facebook» tərəfindən onlara vurulmuş maddi və ya mənəvi zərəri sübut edə bilməyib.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024