Tarix:27/10/15
Buna paralel olaraq nazirliyin saytı vasitəsi ilə göstərilən eyni xidmətin elektron versiyasının fəaliyyətinə də xitam verilib. Qeyd edək ki, sözügedən e-xidmət MTN tərəfindən "Elektron hökumət" portalına inteqrasiya edilən xidmətlər sırasında olub.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib. O qeyd edib ki, sözügedən fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə təşkil ediləcəkdir.
Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə (ayrı-ayrılıqda) lisenziya verilən təşkilatların siyahısı ilə aşağıda verilən linklər vasitəsilə tanış olmaq mümkündür:
1. Mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı .
2. Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı.
Seymur Qasımbəyli
MTN əhaliyə təqdim etdiyi e-xidmətlərdən birinin fəaliyyətini dayandırdı
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı"nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi (MTN) tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.Buna paralel olaraq nazirliyin saytı vasitəsi ilə göstərilən eyni xidmətin elektron versiyasının fəaliyyətinə də xitam verilib. Qeyd edək ki, sözügedən e-xidmət MTN tərəfindən "Elektron hökumət" portalına inteqrasiya edilən xidmətlər sırasında olub.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib. O qeyd edib ki, sözügedən fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə təşkil ediləcəkdir.
Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə (ayrı-ayrılıqda) lisenziya verilən təşkilatların siyahısı ilə aşağıda verilən linklər vasitəsilə tanış olmaq mümkündür:
1. Mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı .
2. Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı.
Seymur Qasımbəyli
Baxış sayı: 558
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır