12px13px15px17px
Tarix:27/10/15

Arxiv işində elektron xidmətlərin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı növbəti seminar baş tutub

Azərbaycan Milli Arxiv İdarəsi  respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının,  o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədi daşıyan  növbəti seminarı  Dövlət Arxivinin Göyçay filialında təşkil edib.
 
İdarədən verilən məlumata görə, seminarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışlar edilib və  müzakirələr aparılıb.
 
Seminarda Göyçay filialı və ona tabe olan Qəbələ, Zərdab, Ucar və Ağdaş rayon dövlət arxivlərinin müdirləri iştirak edib.
 
CAHANGİR
 



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024