12px13px15px17px
Tarix:28/10/15

«Facebook» əməkdaşları inkişaf etməkdə olan ölkələri yaxşı başa düşmək üçün zəif internetdən istifadə edəcəklər

«Facebook» öz əməkdaşları üçün "2G-çərşənbə axşamları" təşəbbüsünü elan edib. Həftənin bu günü işçilərə aşağısürətli internetdən istifadə təklif ediləcək ki, onlar Hindistan və ya Keniya kimi inkişaf etməkdə olan bazara malik ölkələrdə internetin necə işləməsini daha yaxşı başa düşsünlər.
 
 
«ICTnews.az» saytı «vc.ru» saytına istinadən yazır ki, «Facebook» sosial şəbəkəsinin baş mühəndisi Tom Elison «2G» internet sürəti ilə sosial şəbəkənin səhifələrinin yüklənməsi haqda öz təəssüratlarını  bölüşüb. "Sözsüz ki səbir etməli oldum və mənə elə gəlirdi ki, sanki məhsulun bir hissəsi işləmir" - o bildirib.
 
 
Belə sürətə malik internetlə səhifələr bir neçə dəqiqəyə yüklənə bilər. Buna görə Elison və onun rəhbərlik etdiyi komanda «Facebook»un xəbər lentini zəif şəbəkələrə uyğunlaşdırmaq üçün xeyli iş görüblər. Bu məqsədlə onlar «2G» interneti imitasiya edən telefonlardan istifadə edirlər və Hindistan və Keniya kimi dövlətlərdə sakinlərin onların məhsulundan necə istifadə etməsini anlamaq üçün bəzən həmin ölkələrə gedirlər.
 
 
Emil Hüseynov



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024