12px13px15px17px
Tarix:28/10/15

Azərbaycanda “Elektron lisenziya” portalı istifadəyə veriləcək

Yaxın aylarda Azərbaycanda  “Elektron lisenziya” portalı istifadəyə veriləcək.
 
“ICTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib.
 
 O qeyd edib ki, “Elektron lisenziya” portalı işə düşməsi ilə sahibkarlara lisenziyaların və digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq.
 
Ölkədə xidmətlərin eklektronlaşdırılmasının və özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu və bu sahənin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulan nazir müavininin sözlərinə görə, bunun nəticəsidir ki, özəl sektorun ÜDM-də payı 80%-i ötüb. Dövlət başçısının 2014-cü ildə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, görülmüş tədbirlər barədə məlumat verən S.Məmmədov bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu günlərdə imzalanmış “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və 27-10-2015-2 şəffaflığının təmin edilməsi haqqında” Fərmanın sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsində, özəl sektorun inkişafında əhəmiyyətini vurğulayıb.
 
Onun sözlərinə görə, hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Eyni zamanda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır:
 
 “Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanılacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik”.
 
 
Seymur Qasımbəyli 



Baxış sayı: 1521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024