12px13px15px17px
Tarix:28/10/15

“Elektron Təhsil” Respublika müsabiqəsinə layihələrin qəbulu noyabrda başa çatacaq

"Elektron Təhsil" Respublika müsabiqəsinə  layihələrin qəbulu  05.11.2015 saat 00:00-da başa çatacaq. 2015-ci ildə "Müəllim" və "Şagird" istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan "Elektron təhsil" Respublika müsabiqəsində iştirak etmək üçün indiyə qədər 757 müəllim, 538 şagird, 12 valideyn və 32 digər istifadəçi qeydiyyatdan keçib.
 
Müsabiqənin Təşkilat Komitəsindən qeyd edilib ki, oktyabrın 28-i tarixinə müsabiqəyə təqdim olunmuş layihələrin sayı cəmi 340-dır. Təqdim edilən layihələrin 330-u qəbul edilib, 10 layihə isə qəbul olunmayıb.
 
 
Qeyd edək ki, müsabiqənin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024