12px13px15px17px
Tarix:28/10/15

Mis xətlərdə trafikin ötürülmə sürəti 300 Mbit/saniyəyədək artırılıb

“Alcatel-Lucent” şirkəti yeni genişzolaqlı "Vplus” texnologiyası əsasında kommersiya məhsulları təqdim edib. “DSL” texnologiyaları ailəsinə aid olan "Vplus” adi telefon şəbəkəsinin abunəçi xəttinin buraxılış qabiliyyətini artırmağa imkan verir.
 
Yeni texnologiya adi mis xətlərdə 500 m məsafəyədək 200 Mbit/saniyə sürətində və 250 m məsafəyədək 300 Mbit/saniyə sürətində məlumat mübadiləsini təmin edir. 
 
Müqayisə üçün qeyd edək ki, hazırda yayılmış analoji sürətli standartlar məlumat mübadiləsini daha qısa məsafədə olmaqla 100 Mbit/saniyədən çox sürətdə həyata keçirməyə imkan vermir.
 
Hazırda “Vplus” texnologiyası Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) standartlaşmadan keçir, - “CNews” yazır.
 
 



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024