12px13px15px17px
Tarix:16/09/11

“Windows Phone”-nun satış göstəriciləri Ballmeri məyus edir

“Microsoft” şirkətinin icraçı direktoru Stiv Ballmer bildirib ki, “Windows Phone” smartfonlarının satış həcmi əvvəlki kimi aşağıdır.

Bununla belə o, platformanı dəstəklədikləri üçün partnyor və istehsalçılara təşəkkür edib. Buna baxmayaraq, korporasiyanın rəhbəri mobil əməliyyat sisteminin perspektivlərini müsbət qiymətləndirir.

“Mango”nun yenilənməsi ilə əlaqədar onun böyük ümidləri var. Stiv Ballmerin sözlərinə görə, şirkət il ərzində “iOS” və “Android” alternativləri rolunda çıxış edə biləcək güclü ekosistem formalaşdırmağa nail olub.

Ən böyük proqram təminatı istehsalçısı mobil seqmentdə, həmçinin, “Nokia” şirkəti ilə əməkdaşlığın perspektivlərinə də ümid edir.



Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024